15 İyun – Milli Qurtuluş Günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olub
Şəffaflıq.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlinin önünə çiçəklər düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Sonra parkda sərgilənən şagirdlərin əl işlərindən ibarət rəsmlərə və kiçik kompozisiyalara baxış keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov iştirakçılar qarşısında çıxış edərək, 1993-cü il 15 iyun gününün xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olduğunu vurğulayıb: “Həmin gün xalqın istəyi və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşdi və bununla da Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu”.
İcra başçısı söyləyib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı çoxdan hazırlanan məkrli planların qarşısına sipər çəkdi, müstəqilliyimizə uzanan xain əlləri kəsdi və onu əbədi, dönməz, sarsılmaz etdi.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, Kürdəmir rayon İdman və Gənclər İdarəsinin təşkilatçılığı ilə 15 İyun–Milli Qurtuluş Günü münasibətilə 50 nəfərə yaxın yeniyetmə və gəncin iştirakı ilə veloyürüş keçirilib.
Facebook-da paylaş