Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar lider” adlı tədbir keçirilib
Şəffaflıq.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında film nümayiş olunub, Ulu Öndərin hakimiyyəti illərində əldə olunan nailiyyətlərdən bəhs edilib. Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan ümumilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Respublikanın bütün sahələrində yeni dövrün başlanması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansambılının, F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərdən ibarət xor kollektivinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunan və sevdiyi mahnılardan bir neçəsi səsləndirilib.
Facebook-da paylaş