İsmayıllıda şəhid Ruslan Tağıyevin adını daşıyan küçədə barelyefin açılışı olub
Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ruslan Tağıyevin adı verilən küçədə barelyefin açılış mərasimi keçirilib.
Çıxış edənlər şəhidin mənalı həyatından və qəhrəmanlıq nümunəsi olan döyüş yolundan danışıblar. Bildirilib ki, R. Tağıyev döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Facebook-da paylaş
