RİH başçısı “Bahar turniri”nin qalibi olmuş UGİM (İsmayıllı) komandası ilə görüşüb
Şəffaflıq.az xəbər verir ki, komandanın məşqçi- müəllimi Tərlan Vahidov oyun haqqında məlumat verib. Bildirib ki, komandanın tərkibində rayonun 7 məktəbini təmsil edən futbolçu qızlar yer alır və Zaqatalada təşkil olunan oyun komandanın ilk oyundur.
Daha sonra rayon rəbəri komandanın məşqçisini və futbolçu qızları qələbə münasibətilə təbrik edib. Qeyd edib ki, rayonumuzda idmanın bütün sahələrinə, o cümlədən gənc qızlar arasında da futbola marağın artması sevindirici haldır. Sağlam gələcək üçün idmanla məşğul olmağın vacibliyini vurğulayan RİH başçısı idmanla peşəkar məşğul olmaq istəyənlərə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğulayıb.
Komandanın məşqçisi və oyunçular diqqət üçün təşəkkürlərini bildirib və gələcəkdə daha böyük uğurlar qazanacaqlarını bildiriblər.
Komandanın üzvləri RİH başçısı tərəfindən mükafatlandırılıb.
Sonda xatirə şəkili çəkilib.
Facebook-da paylaş