Bakıda dostunu qətlə yetirən şəxsə hökm oxunub

 Bakıda dostunu qətlə yetirməkdə təqsirləndirilən Zaur Kazımova hökm oxunub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hökmə əsasən, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Z.Kazımov dostu Zaur Cəbrayılovu şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.
Z.Kazımova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}