Bakıda hoteldə qadın müğənnini öldürmək istəyən şəxsə, 10 il müddətinə azadlıqdan məhrum edilib
Şəffaflıq.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, hadisə 2021-ci il iyulun 16-da paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, Ə.Məmmədov tanışı Aygün Mirzəyevaya şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı hotellərin birində çoxsaylı bıçaq xəsarətləri yetirib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.
Facebook-da paylaş