Selçuk Bayraktar: "TEKNOFEST-Azərbaycan"a bu qədər maraq gözləmirdik"
Şəffaflıq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktar deyib.
"Bakıda ilk dəfə təşkil olunacaq festivala maraq böyükdür. Təşkilatçılıq da yüksək səviyyədədir. Bu festivalın digər ölkələrdə də keçirilməsi nəzərdə tutulur. Ukrayna, Özbəskistan və İndoneziyada da ona böyük maraq göstərilir", - deyə o, qeyd edib.
Qonaq festivalda iştirak edəcək şəxslərə uşaqlarını da gətirməyi tövsiyə edib: "Uşaqlar gəlib buradakı təyyarə yaxud PUA-lara toxunmalıdır ki, gələcəkdə bəlkə ölkələrimizin təhlükəsizliyini qoruyacaq təyyarə istehsal etsinlər"."Report"
Facebook-da paylaş