Qlobal iqtisadiyyat yeni təhlükə ilə üzləşə bilər

 

Qlobal iqtisadiyyat getdikcə daha çox 1970-ci illərin sınaqlarını xatırladan staqflyasiya təhlükəsi altındadır və bu, Ukraynadakı müharibənin nəticələrinin öhdəsindən gələn qlobal maliyyə liderləri üçün problemdir.

Bunu Almaniyanın maliyyə naziri Kristian Lindner bəyan edib.


“Ukraynadakı müharibənin iqtisadiyyat üçün əlavə nəticələri var. Bu, inflyasiyanın artması və pandemiyadan çıxış sürətinin azalması deməkdir. Staqflyasiya ssenarilərindən qaçmaq üçün nə edə biləcəyimizi müzakirə etməli olacağıq”, - deyə nazir bildirib.


Qeyd edək ki, staqflyasiya inflyasiya ilə eyni vaxtda istehsalda durğunluğun baş verdiyi iqtisadiyyatın böhran vəziyyətidir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}