Rusiya Ukraynadakı müharibənin əsas məqsədini AÇIQLADI
Rusiya ordusu məqsədlərinə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək.
Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
Rusiyalı general bildirib ki, Ukraynadakı əməliyyatın əsas məqsədi Rusiya Federasiyasını Qərbdən gələn təhlükədən qorumaqdır.
Sergey Şoyqu Ukraynada mülki əhalinin yaşadığı binaların hədəfə alınmasını isə belə şərh edib:
“Vurğulamaq istərdim ki, zərbələr yalnız hərbi hədəflərə və müstəsna olaraq yüksək dəqiqlikli silahlarla həyata keçirilir”.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş