Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir

 

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin Tetkino sərhəd kəndini atəşə tutması nəticəsində bir nəfər ölüb.


Şəffaflıq.az xəbər verir ki, Kursk vilayətinin qubernatoru Roman Starovoit bu barədə məlumat verib. O, bildirib ki, Ukraynanın bölgədəki Tyotkino kəndinə son hücumu nəticəsində azı bir nəfər həlak olub.

İlkin məlumatlara görə, ölən şəxs yerli içki zavoduna xammal gətirən yük maşınının sürücüsüdür. Məlumata görə, atəş nəticəsində bir neçə nəfər xəsarət alıb və hazırda onlara ilkin tibbi yardım göstərilir.


Starovoitin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (APU) kəndə bir neçə dəfə hücum edib, bundan sonra yaşayış binaları yanıb. Lakin bəzi mərmilər partlamayıb. Onun sözlərinə görə, Ukrayna ərazidəki spirt zavodunu hədəfə alıb.


Qeyd edək ki, mayın 17-də Starovoit bəyan edib ki, Alekseyevka sərhəd kəndi iri çaplı silahlardan atəşə tutulub. Həmçinin, vaxtaşırı Belqorod vilayətində Ukrayna tərəfdən atışmaların olduğu bildirilir. Belə ki, mayın 18-də Belqorod vilayətinin Soloxi kəndində partlayışlardan sonra şahidlərin minaatan mərmiləri tapdıqları iddia edilir.


Mayın 17-də Belqorod vilayətinin hakimiyyət orqanları Ukrayna ilə sərhədə yaxın Bezımyannı kəndinin atəşə tutulması barədə məlumat yayıb. Mayın 15-də Rusiya tərəfi Belqorod vilayətinin Sereda kəndinin Ukrayna sərhədindən atəşə tutulduğunu bildiriblər.


Rusiya Federasiyası Dövlət Dumasının “Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov Rusiya hərbi rəhbərliyini Ukrayna ilə sərhəddəki Rusiya kəndlərini atəşə tutmaq üçün Ukraynanın istifadə etdiyi qərargah və hökumət binalarına raket zərbələri endirməyə çağırıb. Baxmayaraq ki, Mironov bunu təklif etmədən də artıq 3 aydır ki, Rusiya elə bu işlərlə məşğuldur.


Xatırladaq ki, Rusiya qoşunları Çerniqov və Sumı vilayətlərində Ukraynanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Bu arada Rusiya ərazisində hərbi komissarlıqlarda da yanğınlar baş verir. Adətən, komissarlıqlara "Molotov kokteyli" ilə hücumlar təşkil edilir. Rusiya blıoqerlərinin versiyalarına görə, Rusiya ərazisində partizan müharibəsini Ukrayna təşkil edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}