Bakıda ağır qəza: Altı avtomobil bir-birinə çırpıldı

 

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün səhər saat 10 radələrində Əhməd Rəcəbli küçəsində, “Hilal elektrik”in qarşısında qeydə alınıb.


Qəza nəticəsində altı avtomobilə ciddi ziyan dəyib.

Belə ki, “Opel” markalı avtomobil “Chevrolet” markalı maşınla toqquşub. Toqquşma nəticəsində avtomobillər qarşıdakı maşınlara da çırpılıblar.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}