Bakıda ağır qəza: İki avtomobilə çırpılan "Opel" dərəyə aşdı, sürücü öldü

 Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə dairəsindən Xocəsən dairəsinə gedən istiqamətdə baş verib.

“Opel” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman “Azsamand” markalı nəqliyyat vasitəsinə çırpılıb.
İdarəetmədən çıxan “Opel” yol kənarında hərəkətsiz dayanan “Mercedes” markalı avtomobilə çırpılıb.

Daha sonra “Opel” dərəyə aşıb, sürücüsü isə hadisə yerində ölüb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}