Tələbə qız kəşf eləmişdi - Rusiya öz ərazilərinə qatdı - FOTO

 


Şəffaflıq.az xəbər verir ki, Dəniz Qüvvələri Akademiyasının tələbəsi olan Marina Miqunova üç il bundan əvvəl peyk fotolarını araşdırarkən Şimal Qütbü Okeanında beş kiçik ada kəşf edib. Rusiya Donanması həmin ərazilərdə araşdırma aparır.

Sahələri 900 kvadrat metr (bir futbol meydanının səkkizdə biri böyüklükdə) və 54 min 500 kvadrat metr (futbol meydanından 7,5 dəfə böyük) arasında dəyişən və buzlaqların əriməsi nəticəsində meydana çıxmış kiçik adalar rəsmən Rusiya xəritəsinə daxil edilib.

Bu kəşfə görə Marina Miqunovaya fəxri diplom verilib. O, hazırda Şimal Donanmasında okeanoqraf mühəndisi vəzifəsində çalışır. Avqustun 27-də Miqunova donanma heyəti ilə birlikdə 2016-cı ildə kəşf elədiyi adalara səfər edib.


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}