“Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən Azərbaycan 36 balla ikinci yerə layiq görülüb

“Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin heyətləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” çalışmasını yerinə yetiriblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, çalışmanın icrası zamanı dəniz hədəfi qismində xüsusi quraşdırılmış gəmi lövhəsi istifadə edilib. Atışlar təxminən 3000 metr məsafədən artilleriya qurğularından yerinə yetirilib.
Beynəlxalq hakimlər briqadasının qərarına əsasən Rusiya komandası 40 balla birinci, Azərbaycan 36 balla ikinci, Qazaxıstan 33 balla üçüncü, İran komandası isə 18 balla dördüncü yerə layiq görülüb
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}