Daşkəsən və Göygöldə KOB dostları fəaliyyətə başlayıb

 Bu gün Daşkəsən və Göygöl rayonlarında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostları fəaliyyətə başlayıb.
Şəffaflıq.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, bununla da əncə-Daşkəsən iqtisadi rayonu üzrə KOB dostlarının sayı 3-ə çatıb. Hazırda KOB dostları ölkənin 33 şəhər və rayonunda fəaliyyət göstərir.
Daşkəsən və Göygöl rayonlarında KOB dostu ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.







 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}