“İşsizin DOSTu” proqramı üzrə 1 231 şəxs müvafiq işlərə cəlb olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” və “Aztelekom” MMC-lər yeni layihəyə başlayıblar.

Nazirlikdən bildirilib ki, layihə çərçivəsində DOST İş Mərkəzi tərəfindən 1 231 nəfər ictimai işçi “İşsizin DOSTu” proqramı üzrə “Azərpoçt” MMC və “Aztelekom” MMC müəssisələrində fəaliyyətə başlayıb. Onlar DOST İş Mərkəzi ilə bağlanmış əmək müqavilələri əsasında həmin müəssisələrdə poçtalyon və operator işlərini yerinə yetirirlər.

Layihə 60 rayonu əhatə edir.

“İşsizin DOSTu” proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}