Bir gündə eyni yolda növbəti dəhşətli qəza: Üç nəfər ölüb

 

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza olub.

Şəffaflıq.az məlumat verir ki, hadisə mayın 11-i saat 22:50-də yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı-Quba istiqamətində hərəkətdə olan 34 yaşlı Hacıyev Elçin Yaşar oğlunun idarə etdiyi “BMW-X5” markalı avtomobil əks istiqamətdə hərəkət edən 63 yaşlı Əliyev Mehyəddin Abdulməcid oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə E.Hacıyev hadisə yerində ölüb, digər sürücü M.Əliyev isə xəsarət alaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra Bakı-Quba yolunda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.


Şəffaflıq.az xəbər verir ki, qəza magistralın 68-ci kilometrliyində qeydə alınıb.


VAZ-2106 markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.


Xəsarət alanlar Siyəzən Regiona Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.


Faktla bağlı araşdırmalar aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}