İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov mayin 14-də, saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.
Şəffaflıq.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Qusar DAİM-ə (telefon (050) 235-77-67) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}