QHT-lərə Dövlət Dəstəyi Agentliyində Heydər Əliyevin 99-cu il dönümü ilə bağlı tədbir keçirilib
Şəffaflıq.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri, QHT sədrləri və Agentliyin əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbirdə Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyev haqqında qısa metrajlı filmin nümayişi edilib.
Daha sonra tədbiri açıq elan edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, illər bir-birini əvəz etdikcə Ümummilli Liderin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutub.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O cümlədən, natiq Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıb.
Daha sonra çıxış edən digər natiqlər Müşahidə Şurasının üzvləri Azər Allahverənov, İlqar Orucov, Qht sədrləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" ictimai birliyinin sədri Müşviq Ələsgərli, "Azərbaycan Milli Kulinariya Assosiasiyası" ictimai birliyinin sədri Tahir Əmiraslanov, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov , "Azadlıq Hərakatçıları" ictimai birliyinin sədri Təhmasib Novruzov, "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli və digərləri Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.
Facebook-da paylaş