DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"

"İctimai-siyasi proseslər qanunla tənzimlənir".
Bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O deyib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq.
Qeyd edək ki, bir qurub şəxs mayın 14-də Bakıda aksiya keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə məlumat yayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}