Əsas Səhifə > Hadisə > DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"
DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"10-05-2022, 18:29 |
"İctimai-siyasi proseslər qanunla tənzimlənir". Bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O deyib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq. Qeyd edək ki, bir qurub şəxs mayın 14-də Bakıda aksiya keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə məlumat yayıb. Geri qayıt |