Sumqayıtda avtomobil divara çırpılıb, sərnişin ölüb

 

Sumqayıtda ölümlə nəticələnən qəza baş verib.

Şəffaflıq.az xəbər verir ki, “Samand” markalı minik avtomobili yol kənarında olan divara çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Səmədov Elxan Eldar oğlu həyatını itirib. Nəqliyyat vasitəsinin sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}