Gəncədə avtomobil ağaca çırpıldı


 

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az məlumat verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}