Bakıda yük avtomobilinin təkəri partladı, usta öldü


 

Mayın 6-sı saat 03 radələrində Qaradağ rayonu, Salyan şossesində yerləşən sement zavodunun ərazisində bədbəxt hadisə baş verib.

Rayon Prokurorluğundan bildirilib ki, həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı il təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, S. Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş verib. Partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən sonuncu hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}