Bakıda zavodda partlayış: Ölən var - YENİLƏNİB

 

Şəffaflıq.az Baku.tv-yə istinadən xəbər verir ki, ötən gün saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda partlayış baş verib.

Hadisə zamanı soba fəhləsi işləyən Asif Mustafayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}