Baş Prokurorluq 3 ustanın başına gələn hadisə barədə məlumat yaydı
Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə həmin şirkətin ərazisində aparılan yol-tikinti quraşdırma işləri zamanı ustalar - 1992-ci il təvəllüdlü Nihad Xudai, 1980-ci il təvəllüdlü Ayət Abduləzov və 1975-ci il təvəllüdlü Sulidin Abduləzov tikinti meydançasında olan qaldırıcı kranın yüksək gərginlikli elektrik naqilinə toxunması nəticəsində xəsarət alaraq Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdiriliblər.
Hazırda N.Xudainin vəziyyəti ağır, A.Abduləzov və S.Abduləzovun vəziyyəti isə orta-ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Facebook-da paylaş