Salyanda məktəblilər arasında “Sərrast atıcı - 2022” yarışmasına start verilib.

Salyanda məktəblilər arasında “Sərrast atıcı - 2022” yarışmasına start verilib.
Şəffaflıq.az xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş yarışın məqsədi regionlarda idmanın bu növündə istedadı olan gənclərin üzə çıxarılması. gənclərin asudə vaxtının səmərəli və sağlam keçirilməsinə nail olmaqdır.
Yarışdan bir neçə gün əvvəl Salyan şəhəri və ətraf ərazilərdə yerləşən məktəblərdən atıcılığa həvəsi olan uşaqlar seçilib və onlar üçün gündəlik məşq qrafiki təyin olunub. Uşaqlara tirdə silahla təhlükəsiz davranış və atış qaydaları izah olunub.
Yarışda 40-dək məktəbli iştirak edib.
“Regionlarımızda idmanın bu növü üzrə müxtəlif səviyyəli yarışların keçirilməsində məqsədlərimizdən biri də ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək gənclərin yetişdirilməsidir. Həm bizim maddi-texniki bazamız, həm də gənclərimizin bacarıqları buna imkan verir”, - bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.
Azərbaycanda beynəlxalq standartlara uyğun Qəbələ Atıcılıq Klubu və Bakı Atıcılıq Mərkəzi fəaliyyət göstərir. Bakı Atıcılıq Mərkəzi infrastrukturu və təchizatı ilə Avropanın ən yaxşı 4 mərkəzindən biridir.
Qeyd edək ki, mayın 27-dən iyunun 7-dək Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək. Dünyanın 70-dən artıq ölkəsini təmsil edəcək atletlər güllə və stend atıcılığının 15 Olimpiya növündə mübarizə aparacaqlar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}