"Qəbələ"nin legioneri: "Avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir"

"Yenidən qalib gəlmək və avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir".
Şəffaflıq.az-ın məlumatına görə, bunu "Qəbələ"nin braziliyalı futbolçusu Rafael Utziq "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunu barədə "Terra" nəşrinə açıqlamasında deyib.
Qarşılaşmada ikinci qola imza atan 26 yaşlı hücumçu UEFA Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib: "Bu, komandam üçün önəmli qol idi. Artıq bütün diqqətimizi son 3 qarşılaşmaya yönəltmişik".
Qeyd edək ki, "Qəbələ" 38 xalla 4-cü pillədə qərarlaşıb. Komanda növbəti 3 matçını "Neftçi", "Şamaxı" və "Sabah"a qarşı keçirəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}