Bu gün Azərbaycan Premyer Liqasının təxirə salınmış oyunu keçiriləcək

 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.
Şəffaflıq.az-ın məlumatına görə, "Qəbələ" evdə "Zirə" klubu ilə üz-üzə gələcək. Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən davam etdiriləcək. Bu müddətədək oyunda hesab açılmayıb.
Hazırda 34 xalı olan paytaxt təmsilçisi üçüncü, 32 xalı olan "qırmızı-qaralar" isə dördüncü sırada qərarlaşıb. Bu səbəbdən, 34 xalla ikinci yerdə gedən "Neftçi" əyalədəki görüşün nəticəsindən asılı olmayaraq, 3-cü pilləyə geriləyəcək.
Azərbaycan Premyer Liqası
XIX tur
14 mart
12:30. "Qəbələ" – "Zirə" (İKİNCİ HİSSƏ)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" "Sabah"a 1:0, "Neftçi" isə evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}