Bu gün Şamaxıda futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
Şəffaflıq.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.
Turun açılış matçı Şamaxıda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası son çempion "Neftçi"ni qəbul edəcək. Bu, bölgə təmsilçisinin yeni adla çempionatda ilk matçı olacaq.
Hazırda "Neftçi" 38 xalla 2-ci, "Şamaxı" 20 xalla 6-cı pillədə qərarlaşıb. Görüş tərəflərin ölkə çempionatlarındakı 70-ci oyunu olacaq. Əvvəlki 69 qarşılaşmanın 38-də paytaxt klubu, 16-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 111:67.
Günün ikinci matçı paytaxta olacaq. 29 xalla 5-ci sırada yer alan "Sabah" 36 xalla 3-cü yerdəki "Zirə"ni qəbul edəcək. Premyer Liqadakə 14 qarşılaşmanın 5-də meydan sahibləri, 4-də "qartallar" meydanı 3 xalla tərk edib. Topların nisbəti bərabərdir - 19:19.
Azərbaycan Premyer Liqası, XXII tur
9 aprel (şənbə)
14:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu.
17:00. “Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bank Respublika Arena
Qeyd edək ki, XXII tura aprelin 10-da keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}