Kubada oteldə partlayışda ölənlərin sayı 22-yə, yaralıların sayı 66 nəfərə çatıb

 Kubanın paytaxtı Havana şəhərindəki "Saratoqa" otelində ötən gün güclü partlayış nəticəsində ölənlərin sayı artıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Kuba Prezidentinin Administrasiyası məlumat yayıb.
Məlumata görə, hadisə zamanı ölənləri sayı 22-yə çatıb. Partlayış nəticəsində 66 nəfər müxtəlif xəsarətlər alıb.
“Saratoga” oteli Köhnə Havanada, Kapitoli ilə üzbəüz yerləşir. O, 1880-ci ildə tikilib və 2005-ci ildə yenidən təmir olunub.



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}