Şamaxı Cümə Məscidində iftar süfrəsi təşkil olunub.
Məclisdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər.
Şəffaflıq.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev Qurani-Kərimdən ayələr oxuyub, dualar səsləndirib. Vurğulanıb ki, İslamda Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək göstərmək lazımdır.
Şəffaflıq.az
Facebook-da paylaş