BMT: Ukraynanın 7,7 milyondan çox sakini məcburi köçkünə çevrilib

 Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından Ukraynanın 7,7 milyondan çox sakini məcburi köçkünə çevrilib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.
“7,7 milyondan çox insan və ya əhalinin 17%-i məcburi köçkün vəziyyətinə düşüb”, – İOM-dən bildiriblər. Təşkilatın məlumatına görə, aprelin 1-dən 17-dək ölkədə məcburi köçkünlərin sayı 600 min nəfərdən çox artıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 24-dən aprelin 20-dək Ukraynanı tərk edənlərin sayı 5 085 219 nəfərə çatıb. Bu müddətdə əhali “axını” ən çox Polşaya olub - 2 847 540 nəfər. Eyni zamanda, Rumıniyaya 763 769, Rusiyaya 563 266, Macarıstana isə 476 213 qaçqın gəlib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}