BMT proqnoz verdi: Ukraynanı dörd milyona yaxın insan tərk edə bilər
Rusiya-Ukrayna hərbi münaqişəsi ilə əlaqədar təxminən 116 min insan Ukraynanı tərk edərək qonşu ölkələrə keçib.
Bu açıqlama ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu çıxış edib.
“Hazırda demək olar ki, 116 min insan beynəlxalq sərhədləri keçib. Onların sayı arta bilər. Rəqəmlər hər dəqiqə dəyişir”, - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü qeyd edib.
Ali Komissarlıq proqnozlaşdırır ki, vəziyyət pisləşərsə, dörd milyona yaxın ukraynalı sərhədi keçə bilər.
Ş. Mantu onların əksəriyyətinin qonşu dövlətlərə - Polşa, Moldova, Macarıstan, Rumıniya və Slovakiyaya, bəzilərinin isə Belarusa getdiyini bildirib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş