Əsas Səhifə > Gündəm / Dünya > BMT proqnoz verdi: Ukraynanı dörd milyona yaxın insan tərk edə bilər
BMT proqnoz verdi: Ukraynanı dörd milyona yaxın insan tərk edə bilər26-02-2022, 22:48 |
Rusiya-Ukrayna hərbi münaqişəsi ilə əlaqədar təxminən 116 min insan Ukraynanı tərk edərək qonşu ölkələrə keçib. Bu açıqlama ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu çıxış edib. “Hazırda demək olar ki, 116 min insan beynəlxalq sərhədləri keçib. Onların sayı arta bilər. Rəqəmlər hər dəqiqə dəyişir”, - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü qeyd edib. Ali Komissarlıq proqnozlaşdırır ki, vəziyyət pisləşərsə, dörd milyona yaxın ukraynalı sərhədi keçə bilər. Ş. Mantu onların əksəriyyətinin qonşu dövlətlərə - Polşa, Moldova, Macarıstan, Rumıniya və Slovakiyaya, bəzilərinin isə Belarusa getdiyini bildirib. Şəffaflıq.az Geri qayıt |