Azərbaycan boksçusu Avropa 3-cüsü olub

Azərbaycan boksçusu Amin Məmmədzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 51 kq-da yarışan idmançı Gürcüstan təmsilçisi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.
Nəticədə Məmmədzadə yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, Azərbaycanın digər boksçusu Kənan Babayev aprelin 21-də final görüşünü keçirəcək. O, çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}