Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Şəffaflıq.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində rəqib gürcüstanlı İrakli Dzimistraişvili olub.
Rəqibinə ilk hissədəcə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.
Xəbəri paylaş
Facebook-da paylaş