Əsas Səhifə > İdman > Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.9-03-2022, 23:38 |
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb. Şəffaflıq.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində rəqib gürcüstanlı İrakli Dzimistraişvili olub. Rəqibinə ilk hissədəcə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar. Geri qayıt |