"Qarabağ"ın legioneri: "Qəbələ" ilə oyunda doğru strategiyanı seçəcəyik"

"Bu qarşılaşma üçün doğru strategiyanı seçəcəyik".
Bunu "Report"a müsahibəsində "Qarabağ"ın futbolçusu Kadi Borges "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi bildirib ki, bəzən nəticəni nəzarətdə saxlamaq olmur: "Əsas işimiz meydanda doğru olanı etmək və məşqçilərin tapşırıqlarını yerinə yetirməkdir. İstənilən halda, ümid edirəm ki, sonda uğur qazanan biz olacağıq".
Braziliyalı oyunçu yarımfinal matçlarının xeyli rəqabətli olacağını söyləyib: "Hər iki komandanın meydana əsl mübarizə əzmi ilə çıxacağına şübhə etmirəm. Öz komanda yoldaşlarıma, məşqçilər korpusuna inanıram".
"Qəbələ" və "Qarabağ" komandaları arasında ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması aprelin 20-də Qəbələdə, cavab oyunu isə aprelin 29-da Bakıda olacaq.
Kadi Borgesin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}