Əsas Səhifə > FUTBOL > "Qarabağ"ın legioneri: "Qəbələ" ilə oyunda doğru strategiyanı seçəcəyik"
"Qarabağ"ın legioneri: "Qəbələ" ilə oyunda doğru strategiyanı seçəcəyik"19-04-2022, 14:33 |
![]() Bunu "Report"a müsahibəsində "Qarabağ"ın futbolçusu Kadi Borges "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu barədə danışarkən deyib. 26 yaşlı yarımmüdafiəçi bildirib ki, bəzən nəticəni nəzarətdə saxlamaq olmur: "Əsas işimiz meydanda doğru olanı etmək və məşqçilərin tapşırıqlarını yerinə yetirməkdir. İstənilən halda, ümid edirəm ki, sonda uğur qazanan biz olacağıq". Braziliyalı oyunçu yarımfinal matçlarının xeyli rəqabətli olacağını söyləyib: "Hər iki komandanın meydana əsl mübarizə əzmi ilə çıxacağına şübhə etmirəm. Öz komanda yoldaşlarıma, məşqçilər korpusuna inanıram". "Qəbələ" və "Qarabağ" komandaları arasında ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması aprelin 20-də Qəbələdə, cavab oyunu isə aprelin 29-da Bakıda olacaq. Kadi Borgesin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz. Geri qayıt |