Fransa Kubokunun oyunu kütləvi davaya görə yarımçıq dayandırılıb

"Paris" və "Lion" komandaları arasında Fransa Kubokunun 1/32 final mərhələsinin oyunu yarımçıq dayandırılıb.
"Report"un "Fet French Football News"a istinadən məlumatına görə, buna azarkeşlər arasında baş vermiş kütləvi dava səbəb olub.
Əvvəlcə qonaq komandanın azarkeşləri rəqib fanatlara hücum çəkib. Tribunada başlayan münaqişə daha sonra meydançada davam edib. Nəticədə qarşılaşmanın ikinci hissəsi oynanılmayıb.
Qeyd edək ki, ilk hissədən sonra hesab 1:1 olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}