"Neftçi"nin qələbəsi Samir Abasov üçün ikiqat yubileylə əlamətdar olub

Hazırda “Neftçi”nin baş məşqçi postunu tutan Samir Abasov karyerasında 75-ci qələbəsini qazanıb.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, yubiley qalibiyyəti Azərbaycan Premyer Liqasında XXIII turun “Sabah”la ev oyununa təsadüf edib - 1:0.
44 yaşlı mütəxəssis "ağ-qaralar"ın sükanı arxasında isə 30-cu qələbəyə sevinib.
Karyerası ərzində “Sumqayıt”, “Zirə” və “Neftçi”də çalışmış Abasovun komandaları Premyer Liqada 66, Azərbaycan kubokunda 7, avrokuboklarda 2 dəfə qalib gəlib. “Ağ-qaralar”ın 30 qələbəsindən 27-si Premyer Liqa, 1-i ölkə kuboku, 2-si avrokuboklara təsadüf edib.
“Neftçi” rəqibinə Bəxtiyar Həsənalızadənin avtoqolu ilə qalib gəlib. Bu, paytaxt təmsilçisinin rəqiblərinin ölkə çempionatları tarixində vurduğu 20-ci avtoqoldur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}