Prezident İlham Əliyev Albaniyaya rəsmi səfərə dəvət olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyaya rəsmi səfərə dəvət olunub.
Şəffaflıq.az xəbər verir ki, bu fikir aprelin 14-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüş zamanı Albaniyanın Baş naziri Edi Rama tərəfindən səsləndirilib.
"COVID artıq bir növ sakitləşib və ümid edirəm ki, Siz Albaniyaya səfərə gələcəksiniz", - Albaniyanın dövlət başçısı deyib.
Xəbəri paylaş
Facebook-da paylaş