Çaylarda sululuq artıb

 

“Aprel ayının ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb”.

Şəffaflıq.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

“Kür çayının yuxarı axınında, Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 99 sm, su sərfi 2,1 dəfə, Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 45 sm, su sərfi isə 1,7 dəfə artıb. Kiçik Qafqazın ərazisindən axan çaylarda 23 faiz, Böyük Qafqaz çaylarında isə 26 faiz artım qeydə alınıb”, - deyə o əlavə edib.

Xidmət rəsmisinin sözlərinə görə, Xəzər dənizinin sahilyanı əraziləri üçün xarakterik olan şimal-şərq küləyinin güclənməsi zamanı yaranan dalğalanma nəticəsində Kür çayının məcrasında əks axın baş verir ki, nəticədə çayda duzluluğun miqdarı artır. Belə ki, Kür-Bankə məntəqəsində aprelin 12-də  çayda duzluluğun miqdarı 4,1 q/l, 13-də isə 6,3 q/l olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}