Kürdə suyun səviyyəsi yenidən azalıb
Kür çayında suyun səviyyəsi aşağı düşüb.
Şəffaflıq.az xəbər verir ki, ölkə ərazisində yağıntıların düşməsinə baxmayaraq, çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir.
Proses artıq neçə gündür davam edir. Son bir həftədə Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb.
Hazırda Kürdə saniyədə 300-320 kubmetr su sərfi axır.
Xəbəri paylaş
Facebook-da paylaş