İsmayıllı rayonunda vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir

 İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar görüşü İsmayıllı rayonunun Aşıqbayramlı kəndində keçirilib. 

Şəffaflıq.az xəbər verir ki, səyyar görüşdə hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdə vətəndaşlar tərəfindən kənddə elektrik və internet təchizatının yaxşılaşdırılması, Qarakolluq kəndinin girişində qəzalı vəziyyətdə olan körpünün təmir olunması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Görüşdən sonra təmirə ehtiyacı olan körpüyə yerindəcə baxış keçirilib. Rayon rəhbəri sakinlərin diqqətinə çatdırıb ki, körpü bələdiyyənin balansında olsa da, körpünün təmiri ilə bağlı layihə rayon icra hakimiyyəti tərəfindən 2023-2026-cı illər Dövlət İnvestisiya Proqramına salınması üçün İqtisadiyyat Nazirliyinə göndərilib.

Vətəndaşların digər müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}