Şamaxı rayonunun Ovçulu kəndində səyyar qəbul keçirilib
Beləki, vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbulların keçirilməsinə start verilib. Pandemiyadan sonra növbəti səyyar qəbul Şamaxı rayonunun Ovçulu kəndində keçirilib.
Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Rayon Polis Şöbəsinin rəisi Əliyəddin Səfərov, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.Qəbulda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şamaxıda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən məsələlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Şəffaflıq.az
Facebook-da paylaş