Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edəcək
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev aprel ayının 15-də İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə Şəffaflıq.az quruma istinadən xəbər verir.
Vətəndaşların qəbulu saat 10:00-dan İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
İsmayıllı və Ağsu rayonlarının sakinləri qəbula yazılmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493 34 67, (+994 12) 595 13 50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə və www.arxkom.gov.az internet səhifəsinin “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq müraciət edə bilərlər
Xəbəri paylaş
Facebook-da paylaş