Rusiyanın 11 şəhərinin hava limanına uçuş məhdudiyyətinin müddəti uzadılıb
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Aviasiya şirkəti məlumat yayıb.
Məlumata görə, Rusiyanın 11 hava limanına – Anapa, Belqorod, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Don, Simferopol və Elistaya uçuş rejiminə müvəqqəti məhdudiyyət 2022-ci il aprelin 13-ü yerli vaxtla 03.45-dək uzadılıb.
Şirkət sərnişinlərə alternativ olaraq Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavroplol və Moskvadakı hava limanlarından istifadəni məsləhət görüb. Rusiyanın beynəlxalq hava limanları da daxil omaqla başqa aeroportlar iş qrafiki üzrə fəaliyyətini davam etdirir.
Facebook-da paylaş