Rusiya və Çin həndbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Rusiya Həndbol Federasiyasının prezidenti Sergey Şişkarev Çin Həndbol Assosiasiyasının rəhbəri Vanq Tao ilə görüşü zamanı açıqlama verib.
Funksioner bununla bağlı Beynəlxalq Həndbol Federasiyasına (IHF) ərizə təqdim etməyə hazırlaşdıqlarını bildirib: "Belə irimiqyaslı turnir heç vaxt böyük ölkələrdə keçirilməyib, çox maraqlı olacaq. Bundan başqa, IHF prezidenti Həsən Mustafa Çində həndbolun inkişafına böyük diqqət yetirir".
Qeyd edək ki, 2023-cü ildə qadınlar arasında həndbol üzrə dünya çempionatına Danimarka, Norveç və İsveç, 2025-ci ildə isə Almaniya və Niderland ev sahibliyi edəcək. 2027-ci il dünya çempionatı isə Macarıstanda keçiriləcək.
Facebook-da paylaş